Zaxarova: Estoniyada gənclərə millətçilik aşılanır və onları sınaqlara məhkum edirlər - ÖZƏL
17:39 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Estoniyada gənc nəslə millətçilik aşılanır və bu, onları ciddi sınaqlara məhkum edir.
Olaylar xəbər verir ki, Zaxarova Estoniya müstəqilliyinin bərpası günü uşaqlara rus əsgərlərinin geyimində təsvir olunmuş canavar fiqurlarına atəş açmağın təklif edilməsi ilə bağlı xəbərləri şərh edib.
"Uşaqlara millətçilik aşılamaq - onları mənəvi cəhətdən zədələmək və gələcək nəsilləri ağır sınaqlara məhkum etmək deməkdir", - deyə Zaxarova "İzvestiya" qəzetinə açıqlamasında vurğulayıb.
Diplomatın sözlərinə görə, Estoniya "faşist vəbası"nın dərslərini çoxdan öyrənməli idi, lakin görünür ki, hələ də lazımi immunitet formalaşmayıb.
Xatırladaq ki, Rusiya XİN bundan əvvəl dəfələrlə Baltikyanı ölkələrdə nasizm ideologiyasının yayılmasına diqqət çəkmişdi.
İbrahim Məmmədli