Nikol Paşinyan Aleksey Overçuk ilə görüşdü
16:52 DünyaErmənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Olaylar.az xəbər verir ki, görüş zamanı Ermənistan-Rusiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Sözügedən görüşdə Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq, ticarət dövriyyəsinin həcmi və birgə layihələrin icra vəziyyəti kimi aktual mövzulara toxunulub. Həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31