Lavrovdan şok xəbərdarlıq: “Avropa Fələstini tanıyanda artıq gec olacaq”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Fələstin və İsrail arasında danışıqların tez bir zamanda başlamasının vacibliyini vurğulayıb.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı mərhələdə əsas prioritet Qəzza zolağında yaranmış humanitar böhranın aradan qaldırılmasıdır.

Lavrov əlavə edib ki, Avropa ölkələri uzun sürən tərəddüdlərdən sonra iki ay ərzində Fələstini tanımaq qərarı versələr belə, həmin vaxta qədər artıq "tanıyacaq heç nə qalmaya bilər".

Nazirin bu sərt bəyanatı beynəlxalq mediada böyük rezonans doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31