Sülh istəyən xalqı satdınız, qətlə yetirdiniz… – Zaxarova
20 Avqust 2025 14:00 DünyaUkrayna hakimiyyəti öz xalqını aldadıb.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Ukrayna xalqı sülh içində yaşamaq istəyirdi və məhz bu səbəbdən Prezident Volodimir Zelenskini seçmişdi.
"Zelenski və onun ofisi Ukrayna xalqını parçalayıb və kütləvi şəkildə qətlə yetirib. Arxada gizlənməyi dayandırın. Ukraynaya qaytarılan 1000 əsir döyüşçü hakimiyyət üçün artıq lazım deyil", - deyə Zaxarova bəyan edib.
Diplomat Kiyev hakimiyyətinin fəaliyyətini sərt tənqid edərək, onun nəticələrini "Ukrayna xalqına qarşı soyqırım" kimi qiymətləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31