Bloomberg: Ermənistan İranla yaxınlaşır

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan 17 maddəlik Azərbaycan-Ermənistan bəyannaməsindən sonra İrəvan Tehrana daha da yaxınlaşır.

Olaylar.az xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə Bloomberg"də analitik yazı dərc olunub.

Vaşinqtonda imzalanan bəyannamə tərəflərə bir-birinin suverenliyini tanımaq və gələcək ərazi iddialarından imtina öhdəliyi gətirir. Burada "Zəngəzur dəhlizi" də "TRIPP" adı ilə yeni status alıb və ABŞ-ın dəstəyi ilə özəl şirkətlərin nəzarətinə verilməsi nəzərdə tutulur.

"İran bu plana qarşı çıxır və ABŞ-ın bölgədə tranzitə xüsusi hüquqlar əldə etməsini qəbul etmir. Rusiya da razılaşmanı ehtiyatla qarşılayıb və Ermənistanı Avrasiya İqtisadi İttifaqındakı öhdəliklərini xatırladıb. Məlumata görə, Ermənistan və İran nəqliyyat və logistika sahəsində yeni anlaşmalar imzalayıb, yük tariflərini yenidən baxıblar. İki ölkə Araz üzərindən ikinci körpü tikməyi və sərhəd terminallarını modernləşdirməyi planlaşdırır",-deyə yazıda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31