Gürcüstan Avropa Şurasından çıxarılma riski ilə üz-üzədir – ÖZƏL
13:08 DünyaOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Salome Samadaşvili 51 deputatın Avropa Şurası Parlament Assambleyasının bəyanatına münasibət bildirərək, Gürcüstanın Avropa Şurasından çıxarılmasının gündəmə gəlməsinin ciddi xəbərdarlıq olduğunu bildirib.
Samadaşvili qeyd edib ki, Avropa Şurası Gürcüstanın uzun illər öncə üzv olduğu ilk və ən vacib Avropa təşkilatıdır və ölkə buradan Avropa İttifaqı üzvlüyünə doğru yoluna başlamışdır. Lakin hazırkı hakimiyyətin, İvanişvili və onun rəhbərlik etdiyi Rusiyaya yaxın rejimin, Avropa Şurasının tövsiyə və tələblərinin heç birini yerinə yetirmədiyi vurğulanıb, əksinə, bütün addımların əks istiqamətdə atıldığı bildirilir.
"Ermənistanın Avropa Şurasından çıxarılması məsələsi gündəmə gələcəyi gün bəlli idi. Bu sadə prosedur olmayacaq və uzun müzakirələr tələb edəcək. Amma məsələnin gündəmə gəlməsi hər bir Gürcüstan vətəndaşı üçün ciddi xəbərdarlıqdır", - Samadaşvili deyib.