İtaliya müdafiə naziri: “Ukrayna üçün NATO zəmanəti qoşun göndərilməsindən daha təsirli olar” - ÖZƏL

İtaliyanın müdafiə naziri Quido Krozetto Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin edilməsində ən effektiv variantın NATO-nun 5-ci maddəsinin işə salınması olduğunu bildirib. Onun sözlərinə görə, bu yanaşma Avropa ölkələrinin hərbi kontingentlərinin Ukraynaya göndərilməsindən daha səmərəli mexanizm ola bilər. Olaylar.az xəbər verir ki, nazir bu barədə La Repubblica qəzetinə müsahibəsində danışıb. Krozetto qeyd edib ki, hazırda iki alternativ mövcuddur: ya NATO çərçivəsində kollektiv təhlükəsizlik zəmanəti, ya da ayrı-ayrı ölkələrin təmin edəcəyi öhdəliklər. Onun fikrincə, NATO-nun müdafiə alyansı kimi prosesi üzərinə götürməsi daha güclü çəkindirici faktor olacaq. "5-ci maddə hava, quru və dənizdən müdafiəni nəzərdə tutur və yalnız hücum halında qüvvəyə minir. Əgər Rusiya bu mexanizmi qəbul etsə, Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə ehtiyac qalmayacaq", - deyə o bildirib. Krozetto əlavə edib ki, İtaliya indiyədək Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin təşviq etdiyi "istəklilər koalisiyası" ideyasını dəstəkləməyib və Ukraynaya qoşun göndərməkdən imtina edib. Lakin o, gələcəkdə Moskva ilə mümkün razılaşmalar və digər şərtlərdən asılı olaraq bu mövqeyin dəyişə biləcəyini istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31