NATO ölkələri Ukraynaya göndəriləcək qüvvələrin mandatı barədə ortaq məxrəcə gələ bilmir - ÖZƏL

Avqustun 20-də NATO-nun Hərbi Komitəsi Ukrayna ilə bağlı fövqəladə videokonfrans keçirib. Lakin alyansa üzv dövlətlər arasında Ukraynaya göndərilməsi nəzərdə tutulan "qarşıdan gələn qüvvələrin" mandatı ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki analitik strukturlardan məlumat verilib. Mənbənin sözlərinə görə, hazırda təhlükəsizlik zəmanətlərinin formatı ilə bağlı müzakirələr məhz bu məsələdə ilişib qalıb:
"Əsas fikir ayrılığı qüvvələrin səlahiyyətləri və yerləşdiriləcəkləri regionlarla bağlıdır. Sadə desək, əsgərlər təsadüfən atəşə tutulsa, dərhal təxliyə olunmalıdırlar, yoxsa döyüşə cəlb olunmalıdırlar - məsələ budur", - mənbə bildirib.
NATO isə videokonfransın mövzuları barədə rəsmi açıqlama yaymayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31