Avropa İttifaqı Putinin görüşdən imtinası halında sanksiyalar hazırlayıb
12:03 DünyaAvropa İttifaqı Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən imtina etməsi halında yeni sanksiyalar paketini hazırlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, tədbirlər, həmçinin ABŞ prezidenti Donald Trampın iştirakı ilə nəzərdə tutulan üçtərəfli danışıqlardan Moskvanın yayınması halında da tətbiq edilə bilər.
Sanksiyaların detalları açıqlanmasa da, mənbələr qeyd edir ki, Aİ yeni məhdudiyyətlərlə Kremlin müharibəni uzatmaq cəhdlərinin qarşısını almağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31