Çin Rusiya ilə Şərq İqtisadi Forumunda əməkdaşlığı dəstəkləyəcək - ÖZƏL

Çin Rusiya ilə Şərq İqtisadi Forumunun keçirilməsində dəstəyini davam etdirəcək. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib.
Onun sözlərinə görə, ŞİF ölkələr arasında təcrübə mübadiləsi və səylərin əlaqələndirilməsi baxımından mühüm platformadır:
"Çin, əvvəlki kimi, Rusiyanı bu forumun keçirilməsində dəstəkləyəcək", - deyə Mao Nin bildirib. Yubiley xarakteri daşıyan Şərq İqtisadi Forumu bu il 3-6 sentyabr tarixlərində Vladivostokda keçiriləcək. Tədbirin əsas mövzusu isə "Uzaq Şərq - sülh və rifah naminə əməkdaşlıq" olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31