Rusiya Odessada ən böyük neft anbarını VURDU
11:08 DünyaRusiya Silahlı Qüvvələri "Geran-2" pilotsuz təyyarələri ilə Odessa vilayətində yanacaq logistika infrastrukturu obyektlərinə zərbələr endirib.
Olaylar.az xəbər verir ki, hadisə zamanı 30-a yaxın partlayış səsləri eşidilib, "Triton" neft anbarında isə güclü yanğın başlayıb.
Məlumata görə, yanğın Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün nəzərdə tutulmuş yanacaq çənlərini əhatə edir. "Triton" anbarından tədarük olunan yanacağın əhəmiyyətli hissəsi Dnepropetrovsk, Zaporojya və Nikolayev vilayətlərinə istiqamətlənirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31