Ukrayna Kanadadan təhlükəsizlik zəmanətlərində iştirak istəyir - ÖZƏL

Ukrayna, münaqişənin sona çatdırılması ilə bağlı sülh sazişinin bir hissəsi olacaq təhlükəsizlik zəmanətlərinin təmin olunmasında Kanadanın fəal iştirakını görmək istəyir. Olaylar.az xəbər verir ki, bu barədə Global News-a danışan Kanada diplomatik mənbəsi məlumat verib. Mənbə Ottavanın konkret olaraq hansı töhfəni verə biləcəyini açıqlamasa da, Qərb müttəfiqlərinin Kiyevə zəmanətlər təqdim etmək niyyətində olduğu vurğulanıb. Kanada baş naziri Mark Karni 19 avqust tarixində Ukrayna ilə bağlı "istəkli ölkələr koalisiyası"nın videokonfransında iştirak edib. Baş nazirin mətbuat xidməti bildirib ki, Ottava Kiyevə hərtərəfli dəstək verməyə davam etməyə hazırdır. Həmin gün Avropa liderləri də Ukrayna mövzusunda videokonfrans keçirib, ardınca isə Avropa Şurasının iclası baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31