Vitkoff: Tramp–Putin görüşündə Rusiya ilk dəqiqələrdən güzəştə getdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Fox News-a açıqlamasında bildirib ki, Alyaskada baş tutan ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin görüşündə Moskva nümayəndələri "demək olar ki, dərhal" güzəştə getməyə hazır olduqlarını nümayiş etdiriblər.

Onun sözlərinə görə, bu addım ABŞ tərəfinə Rusiyanın daha konstruktiv mövqe tutmağa meylli olub-olmadığını anlamağa imkan verib.

Vitkoff qeyd edib ki, Ankoricdə keçirilən danışıqlarda Tramp və komandası Ukraynada müvəqqəti atəşkəsdən çox uzunmüddətli sülh razılaşması üzərində dayanıb:
"Biz orada kifayət qədər vaxt keçirdik, çünki əslində sülh razılaşmasına necə nail olmaq barədə ciddi irəliləyiş əldə etdik. Həmin görüşdə prezident Tramp başa düşməyə başladı ki, sülh üçün kifayət qədər zəmin var və niyə də tamhüquqlu sülh sazişinə can atmayaq?" - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31