Kallasdan Aİ-nin Ukraynaya təlim və Rusiyaya sanksiya planı - ÖZƏL
20:10 DünyaAvropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas fövqəladə onlayn sammitdən sonra bildirib ki, Brüssel Rusiya ilə bağlanan razılaşmalara və verilmiş vədlərə inanmır.
Olaylar xəbər verir ki Kallas qeyd edib ki, Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrini təlim etdirəcək və Moskvaya qarşı sanksiyaları davam etdirəcək.
Kallas X platformasında çıxışında bildirib ki, Brüssel "Rusiya öhdəlik və vədlərini yerinə yetirəcək" deyə inanmır. Onun sözlərinə görə, "Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanın öz qüvvələrini yenidən qruplaşdırmasının qarşısını almalıdır". Bu məqsədlə avropalılar Ukrayna Silahlı Qüvvələrini təlim etdirəcək və Rusiyaya qarşı yeni sanksiyalar hazırlayacaqlar.
Qeyd olunur ki, sammitin sonunda adətən yayımlanan Avropa İttifaqı liderlərinin ümumi bəyanatı hələ verilməyib.
İbrahim Məmmədli