Medinski: Finlandiyanın Leninqrada atəş açması “qarşılıqlı əlaqə təcrübəsi” kimi təqdim edilir - ÖZƏL

Rusiya Prezidenti köməkçisi və Ukrayna ilə danışıqlar üzrə Rusiya qrupunun rəhbəri Vladimir Medinski bildirib ki, Finlandiyanın Leninqrada göndərdiyi "alovlu salamlar" - yəni şəhərin sistematik atəşə tutulması - indiyə qədər "qarşılıqlı əlaqə təcrübəsi" kimi təqdim edilir.

Olaylar xəbər verir ki, Medinski öz Telegram kanalında bildirib ki, 1941-ci ildə 'Uusi Suomi' qəzeti şəhərin sistematik atəşə tutulmasını təsvir edib və finnlərin qadınlar və uşaqları öldürməkdən qürur duyduğunu qeyd edib:

"Bizim ağır artilleriyamız yenidən atəş açır. Beş batareya eyni anda ruslara alovlu salamlar göndərməyə başlayır", - deyə qəzət yazıb.

Medinski əlavə edib ki, indiki vaxtda Finlandiya bunu artıq "alovlu salamlar" deyil, "qarşılıqlı əlaqə təcrübəsi" kimi təqdim edir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31