Lavrov Misirin Xarici İşlər naziri ilə Alyaska sammitinin nəticələri barədə danışıb - ÖZƏL

Lavrov Misir XİN başçısı ilə telefon danışığında Alyaska sammitinin nəticələrini müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov telefon danışığı zamanı Misir Xarici İşlər naziri Badr Abdel Atiyə Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin əsas nəticələri barədə məlumat verib.

Olaylar xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

"Ukrayna böhranı kontekstində Lavrov Misirli həmkarını Alyaskada keçirilmiş Rusiya-ABŞ sammitinin əsas nəticələri ilə tanış edib", - deyə diplomatik qurum vurğulayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31