Zaxarova: Ukrayna 1000 Ukrayna Silahlı Qüvvələrinin əsirini geri almaq istəmir - ÖZƏL
19:25 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna hakimiyyəti əsirlikdə olan 1000 Ukrayna Silahlı Qüvvələri döyüşçüsünü geri götürmək istəmir.
Olaylar xəbər verir ki,diplomat öz Telegram kanalında Polşadakı Ukrayna səfiri Vasili Bodnarın sözlərinə diqqət çəkib. Bodnar Ukraynanın "rusları necə öldürəcəyini bildiyini" və buna görə NATO üçün dəyərli olduğunu qeyd edib.
Zaxarova əlavə edib:
"Bəlkə, 1000 Ukrayna əsirini götürərsiniz, Kiyev rejiminin döyüşçüləri? Çünki öldürülmüş 1000 Ukrayna vətəndaşını götürməyə məcbur etdik, amma canları sağ olanları götürmək istəmirlər."
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa kitab hədiyyə edib. Kitabda Kiyev tərəfindən götürülməkdən imtina edilən 1000 Ukrayna hərbçisinin şəkilləri və petisiyası yer alıb.
İbrahim Məmmədli