Fiko: Münaqişəyə son qoymaq üçün başa düşməliyik ki, Ukrayna NATO-ya üzv ola bilməz - ÖZƏL
18:51 DünyaSlovakiyanın Baş naziri Robert Fiko bildirib ki, münaqişənin başa çatmasının əsas şərtlərindən biri Ukraynanın NATO-ya üzv ola bilməyəcəyini anlamaqdır.
Olaylar xarici mənbələrə istinadən bu barədə xəbər verir.
"Konfliktin başa çatmasının birinci əsas şərti Ukraynanın Şimali Atlantika Alyansına üzv ola bilməyəcəyini başa düşməkdir", - deyə Fiko Avropa İttifaqı liderlərinin onlayn sammitindən sonra yayımlanan videomüraciətində söyləyib.
Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ-ın Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri NATO-ya üzvlüyü istisna edir və bu, mütləq şəkildə Amerika qoşunlarının Ukrayna ərazisinə göndəriləcəyi anlamına gəlmir.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31