Tramp: Ukrayna münaqişəsini həll etsəm, cənnətə gedəcəyimə ümid edirəm - ÖZƏL
18:44 DünyaABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölümündən sonra cənnətə düşmək istərdi və ümid edir ki, Ukraynadakı münaqişənin dayandırılması istiqamətində göstərdiyi səylər buna kömək edəcək.
"İstəyirəm ki, bu (Ukraynadakı münaqişə) bitsin.Olaylar xəbər verir ki,orada amerikalı əsgərlər həlak olmur, əsasən ruslar və ukraynalılar ölürlər", - deyə o, müsahibəsində bildirib. - "Əgər mən hər həftə 7 min nəfərin öldürülməsinin qarşısını ala bilsəm, düşünürəm ki, bu, böyük uğur olar".
Tramp qeyd edib ki, cənnətə düşəcəyinə ümid edir, baxmayaraq ki, onun sözlərinə görə, "özünə orada yer təmin etmək işində çox da yaxşı deyil". "Amma əgər mən buna nail ola bilsəm, bu [Ukrayna münaqişəsinin həlli] səbəblərdən biri olacaq", - deyə əlavə edib.
ABŞ Prezidenti həmçinin bildirib ki, Hindistan və Pakistan arasındakı qanlı qarşıdurmanın qarşısını almağa nail olub:
"Düşünürəm ki, Hindistan və Pakistanla bağlı vəziyyətdə çoxlu həyat xilas etdim. Onlar artıq [müharibəyə] hazırlaşırdılar, təyyarələri vururdular, bu isə nüvə müharibəsinə çevrilə bilərdi. Mən hər iki tərəflə danışıqlar apardım və dedim ki, döyüşlər davam etdiyi müddətdə onlarla heç bir ticarət sazişi bağlamayacağam. Onlarla əlaqə saxladım və nəticədə sülhə nail oldum", - Tramp vurğulayıb.
İbrahim Məmmədli