Zelenski: Müharibənin sonu üçün zəmanətlər formalaşdırılır
16:23 DünyaUkrayna prezidenti Vladimir Zelenski ABŞ-da keçirilən görüşlərdən sonra bəyan edib ki, ölkəsi artıq təhlükəsizlik zəmanətlərinin konkret məzmunu üzərində işləyir.
Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, telegram hesabında yazıb.
"Bu, müharibənin başa çatması və Ukraynanın, xalqımızın təhlükəsizliyi üçün həqiqətən mühüm addımdır. Artıq zəmanətlərin konkret məzmunu üzərində işləyirik", - deyə Zelenski qeyd edib.
O, detalları açıqlamasa da, dövlət başçılarının koordinasiyanı davam etdirdiyini, milli təhlükəsizlik üzrə müşavirlərin də daimi təmasda olduğunu bildirib: "Zəmanətlər mütləq olacaq".
Qeyd eədk ki, bu gün Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun onlayn formatda birgə keçirdiyi "istəklilər koalisiyası" toplantısı, eləcə də Avropa Şurasının videokonfrans iclası planlaşdırılıb.