Lavrov: Trampın Rusiyaya səfər dəvəti var - ÖZƏL
16:16 DünyaRusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiyaya səfər etmək üçün dəvət aldığını açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə o, "Rossiya-24" telekanalına müsahibəsində bildirib. Lavrov deyib ki, Trampın Rusiya səfəri ilə bağlı dəvət artıq verilib və Moskva tərəfindən qəbul olunub. O, həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-Rusiya Alyaskada keçirilən sammit zamanı bu dəvəti təsdiqləyib. "ABŞ prezidenti Donald Tramp, əgər düzgün xatırlayıram, bu səfərin çox maraqlı olacağını söylədi. Bu, hər kəs üçün maraqlı olacaq," - deyə Lavrov əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31