Tramp, Putin və Zelenskinin görüşü Romada keçirilə bilər – ÖZƏL

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşün Romada keçirilməsi ehtimalı var. 

Olaylar.az xəbər verir ki, bu barədə Sky News Avropa diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp və Zelenski görüşün məhz Romada baş tutmasının tərəfdarıdır. Bu variantı ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio da dəstəkləyir. Bununla belə, Rusiya tərəfi danışıqlar üçün Cenevrə variantına üstünlük verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31