Tramp Zelenski və Makrona papaq kolleksiyasını göstərdi - ÖZƏL
15:41 DünyaABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makronla görüş zamanı öz kepka kolleksiyasını nümayiş etdirib. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi köməkçisi Marqo Martin məlumat verib. O, sosial şəbəkə X-də paylaşım edərək yazıb: "Prezident Tramp üzərində chr("39")Daha dörd ilchr("39") yazılmış papağı prezident Zelenski və prezident Makrona göstərdi". Paylaşımda əlavə edilən fotoda Trampın kolleksiyasının bir hissəsi də əks olunub. Bildirilir ki, kolleksiya 14 papaqdan ibarətdir və ağ, qırmızı, qara rənglərdə müxtəlif yazılarla bəzədilib. Onların arasında "Tramp 2028", "Amerikanı yenidən böyük edək", "ABŞ", "Tramp hər məsələdə haqlı idi" kimi şüarlar yer alır. Kolleksiya iki rəfi tam əhatə edir.