Aİ: Gürcüstanın Avropa İttifaqına yolu daha təhlükəsiz gələcək deməkdir – ÖZƏL
14:32 DünyaGürcüstanın Avropa İttifaqına (Aİ) üzv olmaq istiqamətində seçdiyi yol daha təhlükəsiz və qorunan gələcəyə aparır.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.
Məlumatda bildirilir ki, Aİ dünyada ən sülhsevər regiondur və burada keçmiş rəqiblər birgə çalışaraq rifah naminə əməkdaşlıq edirlər.
"Avropa İttifaqı 1950-ci illərdə müharibədən dağıdılmış qitəni bərpa etmək üçün yaradılmışdır. Bu gün isə Aİ dünyanın ən sülhsevər regionudur, burada keçmiş rəqiblər birlikdə rifah naminə çalışırlar. İttifaqın yaranmasından 70 ildən artıq müddət keçməsinə baxmayaraq, onun ərazisində heç bir müharibə olmayıb. Bu isə uzunmüddətli sülhün bərqərar olunmasında tarixi nailiyyətdir. Gürcüstanın Aİ-yə üzvlük yolu daha təhlükəsiz və qorunan gələcək deməkdir, bu həm də tarixi sülh layihəsinin bir parçasına çevrilməkdir", - Aİ-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında qeyd olunur.