Britaniya ABŞ silahlarının Ukraynaya alınmasına 10 milyard ayıracaq - ÖZƏL
13:33 DünyaBöyük Britaniya Ukrayna üçün ABŞ silahlarının alınmasına 10 milyard funt sterlinqdən (təxminən 13,5 milyard dollar) çox vəsait ayıracaq. Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Özbəkistandakı keçmiş səfiri (2002-2004) Kreyq Mürrey Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadla məlumat verib. Onun sözlərinə görə, bu vəsait Avropa İttifaqının ABŞ-dən 100 milyard dollarlıq silah alışının təxminən 15 faizini təşkil edəcək. Silahların Ukraynaya ötürülməsi nəzərdə tutulur. Diplomat əlavə edib ki, bu qərarın nəticəsində Britaniyada bəzi sosial ödənişlər, o cümlədən qış yanacaq yardımları ixtisar edilə bilər.
Qeyd edək ki, daha əvvəl Financial Times yazmışdı: Ukrayna ABŞ silahlarını 100 milyard dollar dəyərində almağa hazırdır, lakin bu, Avropa ölkələrinin maliyyələşdirməsi və Vaşinqtonun təhlükəsizlik zəmanətləri müqabilində mümkün olacaq.