Fon der Leyen: “Rusiya tərəfindən aparılan hər bir uşaq ailəsinə qaytarılmalıdır” - ÖZƏL

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiya-Ukrayna müharibəsi zamanı zərərçəkmiş və ailələrindən ayrılmış uşaqların geri qaytarılmasının vacibliyini vurğulayıb. Olaylar.az xəbər verir ki, "insan itkiləri bu müharibədə dayandırılmalıdır. Bu isə o deməkdir ki, Rusiya tərəfindən aparılan hər bir ukraynalı uşaq öz ailəsinə qaytarılmalıdır. Mən bu uşaqların yaxınları ilə birləşdirilməsi məsələsində dəqiq mövqeyinə görə ABŞ prezidentinə təşəkkür edirəm", - deyə fon der Leyen "X" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da bu məsələni gündəmə gətirib. O, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşdə itkin düşmüş uşaqlar problemini müzakirə etdiyini bildirib. "Bu, həm də həyat yoldaşım Melaniya üçün çox önəmli mövzudur. Uşaqların ailələri ilə qovuşması qlobal gündəmin mərkəzində olmalıdır və dünya bu istiqamətdə birlikdə çalışacaq", - deyə Tramp "Truth Social" hesabında qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31