Estoniya XİN: Vətəndaşlar Rusiyaya səfərlərdən çəkinməlidir - ÖZƏL

Estoniyanın Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiyaya səfərlər etməməyi tövsiyə edib. Olaylar.az xəbər verir ki, qurumun yaydığı bəyanatda qeyd olunur ki, hazırda Rusiyada müvəqqəti olan estoniyalılar ölkədə qalmaq zəruriliyini ciddi şəkildə dəyərləndirməli, imkan daxilində tezliklə Estoniyaya qayıtmalıdırlar.
Hazırda Rusiya ilə Estoniya arasında üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Onlardan biri - "Narva" yalnız gündüz saatlarında açıq olur, digər iki məntəqə - "Luhamaa" və "Koydula" isə tam həcmdə işləyir. Qeyd edək ki, 2024-cü ilin avqustunda Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edib. Bu isə sərhədi keçmək üçün gözləmə vaxtını xeyli artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31