Ermənistan Yekaterinburqdakı konsulluğunu bağlayıb – ÖZƏL
19 Avqust 2025 11:58 DünyaYekaterinburqda Ermənistanın nümayəndəliyi yeddi illik fəaliyyətindən sonra bağlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Çelyabinskdəki "Rusiya erməniləri ittifaqı"nın sədri Qaqik Mxitaryan teleqram kanalında məlumat verib.
Ermənistan Xarici İşlər Nazirliyi avqustun əvvəlində şəhərin fəxri konsulu Narek Spartakyanı vəzifədən azad edib. Rəsmi səbəb açıqlanmasa da, KİV-də onun istefasının Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə (EAK) münasibətinə etirazla bağlı ola biləcəyi qeyd olunub.
Məlumatda bildirilir ki, bundan sonra bütün müraciətlər Ermənistanın Rusiyadakı digər konsulluqlarına yönləndirilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31