İrəvanda Paşinyan və Pezeşkiyan arasında görüş başladı

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkiyan arasında rəsmi görüş başlayıb.

Olaylar.az xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə olunur.

Danışıqların gündəliyinə enerji, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraqların qorunması mövzuları daxildir. 

Tərəflər həmçinin regional inteqrasiya layihələri və investisiya imkanlarını da əhatə edən 10 memorandumun imzalanmasını planlaşdırır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31