Zelenskidən ərazi güzəştləri – Şərtlər açıqlandı
19 Avqust 2025 10:04 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ lideri Donald Trampla danışıqlar zamanı ərazilərin mübadiləsindən imtina etməyib.
Olaylar.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (VSJ) məlumat yayıb.
Məlumata görə, Zelenski ərazi mübadiləsi mümkünlüyünü rədd etməyib, lakin bildirib ki, "əhalini köçürmək çətin olacaq".
O həmçinin Ukrayna Konstitusiyasındakı qadağalara istinad edib.
"Zelenski mümkün sülh nizamlanmasının bir hissəsi kimi "proporsional mübadilə" variantının nəzərdən keçirələcəyini deyib", - VSJ yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31