Kiyev Rusiyadan təzminat tələb edir – Fantastik məbləğ

Ukrayna münaqişə nəticəsində yaranmış zərərin ödənilməsini tələb edir.

Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, Kiyev Rusiya ilə münaqişə nəticəsində dəyən ziyanın tam kompensasiya olunmasında israrlıdır.

"Kiyev Rusiyanın münaqişəyə görə tam təzminat ödəməsində təkid edir", - bəyanatda qeyd olunur.

Həmçinin, dəymiş ziyanın 300 milyard dollar həcmində dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcəyinə dair iddia səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31