Starmer atəşkəs olmadan Ukrayna razılaşmasını dəstəkləyəcək - ÖZƏL
18:55 DünyaBöyük Britaniyanın Baş naziri təhlükəsizlik zəmanətləri ilə davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ilə bağlı sülh sazişini ona nail olunmasının ilkin şərti kimi atəşkəsin elan edilməsini tələb etmədən dəstəkləməyə hazırdır.
Olaylar xəbər verir ki,bu qənaətə "The Guardian" qəzeti Britaniya hökumət başçısının Vaşinqtona uçuş zamanı təyyarədə səsləndirdiyi fikirləri şərh edərkən gəlib.
"Biz həmişə demişik ki, Ukrayna üçün möhkəm və ədalətli sülh istəyirik", - deyə Starmer bildirib və əlavə edib ki, təhlükəsizlik zəmanətlərinə əsaslanan belə bir sülhə nail olunması "irəliyə doğru mühüm addım" olar.
Sualı dəqiqləşdirərkən, bunun Londondakı mövqedə dəyişiklik demək olub-olmadığı barədə, Baş nazir "davamlı sülhün" təmin edilməsinin vacibliyini önə çəkib, lakin atəşkəsdən söz açmayıb.
Avqustun 16-da Avropa liderləri ilə telefon danışığında ABŞ prezidenti Donald Tramp, tez-tez pozulan atəşkəs rejimini tətbiq etməkdənsə, dərhal sülh sazişi imzalamağın daha yaxşı olduğunu bəyan edib.
Tramp avqustun 18-də Vaşinqtonda Vladimir Zelenski ilə görüşəcək. Onunla birlikdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers və İtaliya baş naziri Corcia Meloni də ABŞ lideri ilə görüşə qatılacaqlar. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də toplantıda iştirak planlarını açıqlayıb.
İbrahim Məmmədli