Meloni Aİ sülhməramlılarının Ukraynaya göndərilməsinin əleyhinədir - ÖZƏL

İtaliya Baş naziri Corcia Meloni Ukraynaya Avropa sülhməramlı kontingentinin göndərilməsi təşəbbüsünə qarşı çıxıb.

Olaylar xəbər verir ki,bu barədə "Corriere della Sera" qəzeti yazır. Meloni bunu "istəkli koalisiya"nın virtual görüşündə bildirib.

"Əgər bizim bir əsgərimiz həlak olarsa, elə edəcəyik ki, heç nə baş verməyib, yoxsa reaksiya verməliyik? Çünki reaksiya versək, açıq-aydın NATO-nun da hərəkət etməsi lazım gələcək," - qəzət Meloninin sözlərini belə çatdırıb.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Table.Media" portalına verdiyi müsahibədə münaqişə başa çatdıqdan sonra Almaniya hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsinə qarşı çıxaraq bunu ölkəyə ciddi yük adlandırmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31