İranda xristian sektasının çoxsaylı üzvləri saxlanıldı
18 Avqust 10:35 Dünyaİran hakimiyyəti yevangelist xristianların bütöv bir sektasını saxlayıb.
Olaylar.az xəbər verir ki, məlumatı "İranlı jurnalistin gündəliyi" Telegram kanalı yayıb. Bildirilir ki, "bu qrup mütəmadi olaraq Türkiyənin İzmir şəhərində olub, orada amerikalı keşiş Brayan Adamsla görüşüb".
İstintaqın məlumatına görə, o, İsrailin maraqlarını İranın maraqlarından üstün tutmaq və təxribat aktları hazırlamaq zərurətini aşılamaqla onları ideoloji təlqinlərə məruz qoyub. Kanal iddia edir ki, genişmiqyaslı "böyük təmizləmə" prosesi gedir: "Müharibədən əvvəlki vəziyyət fonunda bir səhər yuxudan oyanıb İranın təhlükəsizlik qüvvələrinin yüksək rütbəli dövlət məmurunu həbs etdiyini görməyimiz tamamilə mümkündür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31