Pezeşkian Ermənistan gedir
14:08 Dünyaİran prezidenti Məsud Pezeşkian 18 avqustda Ermənistana və Belarusa səfər edəcək.
Olaylar.az-ın məlumatına görə, bu barədə İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi "X" platformasındakı hesabında paylaşım edib.
Onun sözlərinə görə, 2 günlük səfərin məqsədi ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və ticarət sahəsində sənədlərin imzalanmasıdır.
Sənayi İran prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının Çində keçiriləcək sammitinə dəvət edildiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31