Putin və Tramp Alyaskada görüşdü – əsas məqamlar

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada tarixi görüş keçiriblər.

Olaylar.az xəbər verir ki, görüşdən diqqət çəkən məqamlar belə olub:

Putin və Tramp demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birləri ilə əl sıxıblar.

Liderlər hava limanında qısa söhbət ediblər. 

İrəbdən uçan döyüş təyyarələri onların üzərindən keçərək birgə foto üçün görüntü yaradıb. 

Görüşdən sonra Putin və Tramp birlikdə ABŞ prezidentinin avtomobilinə minib və sammitin keçirildiyi yerə hərəkət edib. 

Danışıqların başlanğıcında hər iki lider qısa giriş nitqi verməkdən imtina edib. 

Qeyd edək ki, görüşün əsas mövzusu Ukrayna müharibəsinin sona çatdırılmasıdır.  (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31