Tramp Rusiyanın nüvə silahlarından danışdı
10:10 Dünya"Rusiya böyük nüvə potensialına malikdir".
Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News telekanalına müsahibəsində deyib.
O, nüvə silahına görə dünyada ABŞ-ı "bir nömrə", Rusiyanı isə "iki nömrə" adlandırıb.
Ağ Evin rəhbəri bildirib ki, bunu nəzərə almaq lazımdır, buna hörmət edilməlidir.
Qeyd edək ki, Tramp əvvəllər də dünyanı nüvə silahlarından azad etməyə çağırıb və Rusiya ilə nüvə silahından təmizlənmə ilə bağlı danışıqlar aparmaq arzusunda olduğunu bildirib. O qeyd edib ki, nüvə arsenalları ağlasığmaz gücə çatıb və bütün ölkələr bu tip silahlardan qurtulsalar çox yaxşı olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31