Tramp Putinlə Alyaskada danışıqlarının "çox yaxşı" olacağına əmindir
21:30 DünyaABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir.
Bunu ABŞ prezidenti Vaşinqtondan Ankoricə gedərkən təyyarəsinin göyərtəsində "Fox News"a müsahibəsində deyib.
"Prezident Putinlə görüşmək üçün Alyaskaya gedirik. Və düşünürəm ki, bu, çox yaxşı nəticə verəcək", - deyə D.Tramp bildirib.
Eyni zamanda, o, bir daha qeyd edib ki, indiki Rusiya-Amerika sammiti uğurlu olmasa, tezliklə Vaşinqtona qayıtmağa hazır olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31