Serbiyadakı etirazlar zorakılıq ssenarisinə çevrilir - ÖZƏL
20:46 DünyaSerbiyadakı kütləvi etirazlar zorakılığa çevrilir.
Olaylar Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Serbiyadakı kütləvi etirazlar sülhsevər nümayişlərdən zorakılıq ssenarisinə keçir.
"Ölkə rəhbərliyi mövcud vəziyyəti və problemləri ciddi qəbul edib, siyasi, hüquqi və konstitusiya sahəsində fikir ayrılıqlarının həlli üçün tədbirlər təklif etməsinə baxmayaraq, sülhsevər nümayişlər zorakılığa çevrilir", - Rusiya xarici siyasət orqanının bəyanatında deyilir.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Serbiyadakı müəyyən qüvvələr "ədalət və demokratiya axtarışı" şüarları altında açıq aqressiya, vəhşilik və zorakılıq nümayiş etdirir.
Bundan əvvəl Serbiya lideri Aleksandr Vuçiç bildirib ki, etirazçılar Novi-Sad şəhərində hakim Serb Proqressiv Partiyasının ofisini dağıdıblar.
Serbiya Daxili İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiq isə açıqlayıb ki, Serbiyadakı iğtişaşlar zamanı 42 polis əməkdaşı yaralanıb, 37 nəfər isə saxlanılıb.
İbrahim Məmmədli