Putin və Trampın Alyaskadakı görüşü Zelenski üçün kabus olacaq - ÖZƏL
20:40 DünyaPutin və Trampın Alyaskadakı görüşü Zelenski üçün kabus ola bilər.
Olaylar "The Hill" qəzetinə istinadən xəbər verir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçiriləcək görüşü Ukrayna Prezidenti Vladimir Zelenski üçün narahatlıq yaradır.
"Zelenski Tramp və Putinin üz-üzə görüş ideyasından dəhşət içindədir", - qəzet yazır. Qəzet vurğulayır ki, Zelenskinin narahatlığı, xüsusilə, Tramp tərəfindən mümkün " güzəştlərlə" bağlıdır və həmçinin onun inamından irəli gəlir ki, Ukrayna "danışıqlara birbaşa iştirak etməlidir".
"The Hill" diqqət çəkir ki, Tramp Zelenskiyə Putinin görüşü kimi üz-üzə görüş imkanı verməyib. Eyni zamanda qəzet bildirir ki, Trampın Ukraynadan hər hansı ərazi güzəştləri qəbul etməyə hazır olması "Zelenski üçün fəlakət olardı".
Rusiya və ABŞ prezidentlərinin görüşü 15 avqustda Alyaska ştatının Ankoric şəhərindəki ABŞ Hərbi Hava və Quru Qoşunlarının birgə Elmendorf-Richardson hərbi bazasında keçiriləcək. Rusiya liderinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, dövlət başçıları Ukraynadakı sülhün təmin olunmasını müzakirə edəcəklər. Onun sözlərinə görə, Putin və Tramp həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
İbrahim Məmmədli