Dmitriyev: Putin və Tramp Alyaskada Rusiya və ABŞ münasibətlərinin bərpasını müzakirə edəcəklər - ÖZƏL
20:06 DünyaRusiya-ABŞ münasibətlərinin bərpası Alyaskadakı görüşün mövzularından olacaq.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçiriləcək görüşündə Rusiya-ABŞ münasibətlərinin bərpası mövzularından biri olacaq.
Olaylar xəbər verir ki,bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RBFİ) rəhbəri Kirill Dmitriyev bildirib.
"Vacibdir ki, gündəlikdə yalnız iqtisadi məsələlər, yalnız Ukrayna deyil, həm də Rusiya və ABŞ münasibətləri var", - deyə o qeyd edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Trampın danışıqları ümumilikdə azı 6-7 saat davam edə bilər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31