Peskov: Putin və Trampın danışıqları ümumilikdə azı 6–7 saat çəkə bilər

Putin və Trampın danışıqları Alyaskada ümumilikdə azı 6-7 saat çəkə bilər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada keçiriləcək danışıqları ümumilikdə azı 6-7 saat davam edə bilər.

Olaylar xəbər verir ki,bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl Rusiya tərəfinə məxsus Tu-214 təyyarəsi Magadandan Ankoricə uçub. Məhz burada Rusiya və ABŞ prezidentlərinin sammiti keçiriləcək.

Magadanda Rusiya prezidenti Vladimir Putinin müşavirəsi olub, daha sonra o, İkinci Dünya müharibəsi illərində SSRİ və ABŞ-ın əməkdaşlığını simvolizə edən "AlSib" qəhrəmanlarının şərəfinə ucaldılmış memoriala gül dəstələri qoyub.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31