Tramp Lukaşenko ilə Putinlə gözlənilən görüşünü müzakirə edib

ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb.

Bu barədə o, "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp bildirib ki, zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək olub və o, əlavə məhbusların azad edilməsini də müzakirə etdiklərini bildirib.

"Söhbətimiz çox gözəl keçdi. Biz bir çox mövzular, o cümlədən Prezident Putinin Alyaskaya səfəri barədə danışdıq. Mən gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm", - deyə Tramp qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31