Karlson: Putin və Trampın görüşü tarixə düşəcək - ÖZƏL

Rusiya və ABŞ sammiti dünyanı dəyişə bilər, - jurnalistin komandası bildirib.

Rusiya və ABŞ sammiti dünyanı tamamilə dəyişə bilər, prezidentlər Vladimir Putin və Donald Trampın görüşü tarix dərsliklərinə düşəcək.

Olaylar xəbər verir ki,bu barədə amerikalı jurnalist Taker Karlsonun komandası tərəfindən yayılmış məktubda deyilir.

"Mümkündür ki, növbəti xəbər bülletenimizi aldığınız vaxta qədər dünya tamamilə dəyişsin. Tramp və Putinin görüşü dərsliklərə düşəcək", - məktubda qeyd olunur.

Jurnalistin komandası həmçinin sammit zamanı Ukraynadakı münaqişənin həlli üçün yol tapılacağına ümid etdiklərini bildirib, baxmayaraq ki, Vaşinqtonun bu məsələyə cəlb olunmasını bəyənməyiblər.
"Tramp əvvəllər təsdiqləyib ki, əgər Putin gələcək sülh danışıqlarından imtina etsə, Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edəcək.Biz hələ də bunun Birləşmiş Ştatlara nə aidiyyəti olduğunu düşünürük. Bununla belə, Vaşinqtondakı hər iki siyasi partiyanın bu məsələdə iştirak etmək üçün göstərdiyi israrlı istəyi nəzərə alaraq, ümid edirik ki, Amerika administrasiyası davamlı sülh əldə edə biləcək. Bunu çoxdan etmək lazım idi", - məktubda vurğulanır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31