Cənubi Koreya "can" deyir, Şimali Koreya - "qan-qan"

Cənubi Koreya KXDR-də mövcud olan sistemi tanıyır və ona hörmət edir və Pxenyanı etimadı bərpa etməyə çağırır. 

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, bunu respublikanın prezidenti Li Çıe Mön deyib.
O, yarımadanın yapon müstəmləkəçiliyindən azad edilməsinin 80 illiyi münasibətilə müraciətində iki Koreya arasında münasibətlərin yaxşılaşdırılmasının zəruriliyindən danışıb.

"Cənub və Şimal bir-birinin sistemlərinə hörmət edir və tanıyır. Biz bu münasibətləri xüsusi, sülh yolu ilə birləşməyə yönəlmiş münasibətlər kimi müəyyənləşdirmişik", - prezident deyib.

Li Çle Mön bildirib ki, Seul Pxenyanla razılaşmalara hörmət edir və KXDR-ə qarşı düşmənçilik aksiyalarında iştirak etmək niyyətində deyil.

Bu yaxınlarda Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdir müavini Kim Yo Çıon fərqli bəyanatla çıxış edib. O, bildirib ki, KXDR öz konstitusiyasında respublikanın Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olmadığına dair müddəanı təsbit edəcək. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31