NATO: Avropa silah ehtiyatları Ukraynaya yardım səbəbindən tükənib - ÖZƏL
13:36 DünyaAvropanın silah ehtiyatları qısamüddətli perspektivdə Ukraynaya göstərilən dəstək nəticəsində tükənib, bu səbəbdən Avropa ölkələri Kiyevə yardım təmin etmək üçün ABŞ-dən gələn tədarüklərə üz tutur. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv portalına NATO-nun adı çəkilməyən nümayəndəsi bildirib.
"ABŞ-nin hərbi sənayesindən istifadə etmədən keçinmək mümkün deyil, çünki Avropanın anbarları və müdafiə müəssisələrinin imkanları qısamüddətli perspektivdə tükənib", - deyə mənbə bildirib və vurğulayıb ki, müəyyən növ silahların Ukraynaya tədarükü olduqca vacibdir. Eyni zamanda, Avropa indi Kiyevə silahları öz ehtiyatlarından daha az göndərir və xaricdən silah alışına daha çox üz tutur. Dünya İqtisadiyyatı İnstitutunun Ukraynaya yardım layihəsinin koordinatoru Taro Nisikava bildirib ki, "konfliktin əvvəlki mərhələləri ilə müqayisədə, o vaxt yardımın böyük hissəsi birbaşa ölkələrin ehtiyatlarından gəlirdi, indi isə Avropa yeni sifarişlərə daha çox güvənir". O hesab edir ki, Avropa ölkələrinin silah çatışmazlığı problemi ABŞ-dən yeni silah alış mexanizmi vasitəsilə həll oluna bilər.
4 avqust tarixində Niderlandın müdafiə naziri vəzifəsini icra edən Rubens Brekelmans bildirib ki, ölkəsi NATO-da ilk olaraq Ukraynaya ABŞ-nin Patriot raket sistemləri də daxil olmaqla silah paketini €500 milyon dəyərində təqdim edəcək. Tədarük, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən 14 iyulda istifadəyə verilən PURL (Prioritised Ukraine Requirements List) mexanizmi çərçivəsində həyata keçirilir. Mexanizm NATO müttəfiqlərinə ABŞ ehtiyatlarından silahları Ukrayna üçün almağa imkan verir. 13 avqustda Almaniya hökuməti də yeni mexanizm vasitəsilə Ukraynaya dəstək paketinin maliyyələşdirilməsində iştirak edəcəyini açıqlayıb.