Qazaxıstan: İƏT-də ticarətdə gizli məhdudiyyətlər aradan qaldırılmalıdır – ÖZƏL
13:26 DünyaQazaxıstan hökuməti Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrini üzv dövlətlər üçün gizli məhdudiyyətlər tətbiq etməməyə və ticarətdə süni baryerlər yaratmamağa çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Oljas Bektenov geniş tərkibdə keçirilən Avrasiya Hökumətlərarası Şura iclasında bildirib.
Bektenov qeyd edib ki, Qazaxıstanın istehsalçıları və daşıyıcıları ümumi Avrasiya bazarının açıq və əlçatan olmasına ümid etsələr də, hələ də gizli məhdudiyyətlərlə qarşılaşırlar. "Faktiki olaraq göndərilən və daşınan məhsullar üzərində tammiqyaslı baytarlıq, sanitariya və gömrük nəzarəti aparılır, bəzən isə ikiqat vergiləndirmə halları müşahidə olunur", - deyə o vurğulayıb.
Baş nazir əlavə edib ki, bəzi hallarda AİB ölkələrinin ərazilərindən məhsulların maneəsiz tranziti təmin edilmir. "Əziz həmkarlar, birliyimizi yaradarkən məqsədimiz malların, xidmətlərin və kapitalın sərbəst hərəkətini təmin etmək idi. Komissiyaya mövcud baryerlərin və məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işini davam etdirməsi tövsiyə olunur", - deyə Bektenov qeyd edib.