Overçuk: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsi müzakirə olunacaq – ÖZƏL
12:29 DünyaRusiya Baş nazirinin müavini Aleksey Overçuk gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini müzakirə edəcəyini bildirib.
Olaylar.az xəbər verir ki, TASS-ın məlumatına görə, görüş Rusiyada keçiriləcək.
Overçukun sözlərinə görə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli işçi qrupunun gündəmindədir. Qrup, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndinin icrası çərçivəsində bütün detalları nəzərdən keçirir.
"Biz tərəflərin müzakirə olunan problemlərin həlli istiqamətində nə dərəcədə irəlilədiyini bilməkdə maraqlıyıq. Bu proses, xüsusilə dəmir yolu əlaqələrinin inkişafı baxımından Rusiyanın maraqlarına toxunur. Əgər razılıqlar əldə olunubsa, növbəti mərhələdə texniki-iqtisadi əsaslandırma və layihələrin iqtisadi tərəflərinin qiymətləndirilməsi aparılmalıdır. Bu isə üçtərəfli əməkdaşlığı tələb edəcək", - deyə Overçuk qeyd edib.