İsrail daha bir ölkəyə qarşı hücuma keçdi - BOMBALAR YAĞDI

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Litani çayının şimal hissəsində yerləşən və "Hizbullah"a aid hərbi mövqelər olduğu ehtimal edilən beş əraziyə aviazərbələr endirib.

Olaylar.az-ın xəbərinə görə, yerli mülki müdafiə xidməti "X" platformasında yayımladığı açıqlamada bildirib ki, hücumlar Burğuz, Cabbur, Cermak, Əl-Qətraniya və Əl-Mahmudiyyə kəndlərinin yaxınlığında döyüşçülərin fəaliyyət göstərdiyi əraziləri hədəf alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31