Putin-Tramp görüşü: Ukraynada razılıq əldə edildi – KİV
11:01 DünyaABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında bu gün keçiriləcək görüşlə bağlı bəzi detallar bəlli olub.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, liderlər arasında atəşkəslə bağlı fikir ayrılıqları qalmaqda davam edir.
Rəsmi mənbələrə görə, görüş öncəsi tərəflər müəyyən razılaşma əldə edə biliblər:
"Görünür, görüşdə bəzi şərtlər razılaşdırılacaq, çünki Trampdan imtina etmək olmaz, biz də (sanksiya təzyiqinə görə) ondan imtina edə bilmərik".
"Reuters" yazır ki, Putin tam atəşkəs üçün sərt şərtlər irəli sürüb, lakin kompromis kimi havamüharibəsinin mərhələli dayandırılması təklif oluna bilər.
Analitiklər isə bildirirlər ki, Putin Ukraynada eskalasiyanı davam etdirərək Trampa istədiyini verirmiş kimi görünməyə çalışacaq.